04 May 2024 16:56

Fərqliliyimiz Uğurumuzdur

İngiltərə Premyer Liqasında 32-ci turun mərkəzi oyunu keçiriləcək

Azadsöz.az xəbər verir ki, bu gün İngiltərə Premyer Liqasında 32-ci turun mərkəzi oyunu keçiriləcək.

Ölkə çempionatının lideri “Mançester Siti” cəmi 1 xal qabaqladığı ən yaxın izləyicisi “Liverpul”u qəbul edəcək. Liderlik oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, “Mançester Siti” turnir cədvəlində 73 xalla 1-ci, “Liverpul” 72 xalla 2-cidir.

10 aprel

19:30. “Mançester Siti” – “Liverpul”
Baş hakim
: Entoni Teylor

“Etihad” stadionu