06 May 2024 02:30

Fərqliliyimiz Uğurumuzdur

FİFA oyunların vaxtını artırıb

Azadsöz.az xəbər verir ki, FİFA matçların vaxtının daha səmərəli istifadə olunmasını istəyir.

Bu barədə “Corriere dello Sport” məlumat yayıb. Dünyanın ali futbol qurumu oyunların müddətini artırmaq niyyətindədir. Bunun üçün birinci və ikinci hissələrdə kompensasiya olunan vaxtın müddətinin uzadılması nəzərdə tutulur. Bəzi hallarda oyunların dayanma vaxtı nəzərə alınmaqla, matçın müddəti 100 dəqiqədən çox olacaq. Bu yaxınlarda İtaliyaya səfər edən FİFA prezidenti Canni İnfantino da belə bir fikrin nəzərdən keçirildiyini təsdiqləyib.

Yeniliklər Qətərdə təşkil olunacaq növbəti dünya çempionatında sınaqdan keçirilə bilər. Lakin bunun üçün Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (İFAB) təsdiqi lazımdır.

Qeyd edək ki, DÇ-2022 21 noyabr-18 dekabr tarixlərində Qətərdə keçiriləcək.