26 Aprel 2024 14:59

Fərqliliyimiz Uğurumuzdur

Bakı Şəhər İcra Hakimiyyətində yeni təyinat olub

Azadsöz.az xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin direktor vəzifəsini Fətiyev Elman Yaşar oğluna həvalə edib.  

Bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Elgin Həbibullayev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduğundan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin direktoru Ayaz İmaməliyev sözügedən vəzifəyə gətirilib.

Qeyd edək ki, Elman Fətiyev buna qədər Bakı Şəhər Eksperiza Mərkəzinin direktoru vəzifəsində çalışıb.