Azadsöz.az xəbər verir ki, martın 15-də Azərbaycan hökuməti Milli Məclisə hesabat verəcək.
Bununla bağlı Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı parlamentin iclasında müzakirəyə çıxarılacaq.
Hesabatı Baş nazir Əli Əsədov təqdim edəcək. Həmçinin toplantıda hökumət üzvləri də iştirak edəcək. Onlar deputatların hesabatla bağlı qaldırdığı məsələlərə cavab verəcəklər.