26 Noyabr 2024 17:36

Mehdi Səlimzadənin köməkçisi tutuldu-SON DƏQİQƏ (FOTO)

Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Vahid İsayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktı Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.

Vahid İsayev ötən 15 il ərzində 5 icra başçısının köməkçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, bir neçə gündür Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qanun pozuntuları ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətində yoxlama aparır.

Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bir müddət əvvəl işdən çıxarılıb.

Göyçay Rayon İcra Hakimiyyəti başçısının köməkçisi saxlanılıb

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul