Azadsöz.az xəbər verir ki, ABŞ Rusiyaya dollar əskinaslarının satışını və ya tədarükünü qadağan edib.
Müvafiq fərman ABŞ prezidenti Co Bayden tərəfindən imzalanıb.
Fərman Rusiyaya dollar əskinaslarının birbaşa və ya dolayı yolla ixracı, satışı, yaxud da təkrar satışını qadağan edir.
Qadağa həm fiziki, həm də hüquqi şəxslərə şamil olunur.