Azadsöz.az xəbər verir ki, Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atıb qaçdıqları silah-sursatın yığılması istiqamətində aidiyyəti qurumlarla birgə intensiv tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin və Minatəmizləmə Agentliyinin təmsilçiləri ilə birgə keçirdikləri tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən xeyli sayda silah-sursat aşkar edilib. Tapılan 1 avtomat, 1 Faqot, 13 müxtəlif növ qumbara, 25 müxtəlif növ mərmi, 20 avtomat darağı, 4752 müxtəlif çaplı patron və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.