Azadsöz.az xəbər verir ki, avtomobil istehsalçısı Nissan, Sankt-Peterburqdakı zavodunun yaxın günlərdə bağlanacağını elan edib.
Bu barədə şirkətin bəyanatında deyilir.
“Rusiyadakı fəaliyyətə gəlincə, avtomobillərin Rusiyaya ixracı artıq dayandırılıb, (indi də) yaxın günlərdə Sankt-Peterburqdakı zavodun fəaliyyətinin dayandırılması planlaşdırılır”, – məlumatda deyilir. Bundan əlavə, avtomobil istehsalçısı Ukraynaya 2,5 milyon avro məbləğində humanitar yardım göstərəcək.
Daha əvvəl bildirilmişdi ki, avtomobil istehsalçısı yapon işçilərinə Rusiyanı tərk etməyi tapşırıb.