20 Sentyabr 2024 01:38

Manaf Ağayevin Füzuliyə qanunsuz səfərinə görə polkovnik xidmətdən xaric edilib

Bu il fevralın 17-də müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyində (DİN) xidməti yoxlama aparılıb.

Bu barədə Azadsöz.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Bu il fevralın 17-də müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyində aparılan xidməti yoxlama nəticəsində müvafiq fəaliyyət sahəsinə cavabdehlik daşıyan Nazirliyin vəzifəli şəxsi – polis polkovnik-leytenantı N. Nəbiyevin vəzifə səlahiyyətlərinin icrasında sui-istifadəyə yol verdiyi müəyyən edilib və o, daxili işlər orqanlarında xidmətdən xaric olunub”, – məlumatda bildirilib.

Qeyd edək ki, Füzuli rayonuna qanunsuz səfər edən müğənni Manaf Ağayev və onunla birgə olan iş adamı Sənan Hüseynov hər biri 15 sutka müddətinə həbs olunmuşdu.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com