Azadsöz.az xəbər verir ki, İtaliyanın Turin şəhərində “Avroviziya” mahnı müsabiqəsinin yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.
Azərbaycan mayın 12-də ikinci yarımfinalın birinci hissəsində çıxış edəcək.
Bu barədə mahnı müsabiqəsinin saytında məlumat verilib.
Bildirilir ki, müsabiqənin təsisçi ölkələri – Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya və Fransa birbaşa finala çıxacaqlar.
Xatırladaq ki, “Avroviziya-2022” mahnı müsabiqəsinin finalı mayın 14-də Turində keçiriləcək.