“Hazırda ali məktəblərə qəbul imtahanları üzrə builki müsabiqə şərtləri ilə bağlı dəqiq məlumat demək çətindir. Müsabiqə şərtləri ali məktəblərin, ekspertlərin, dövlət orqanlarının təklifləri əsasında və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla elan edilir”.
Azadsöz.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nərminə Bayramova bildirib.
O qeyd edib ki, hələlik abituriyentlər ötən ildəki müsabiqə şərtlərini öyrənə bilərlər: “Builki müsabiqə şərtlərində ciddi dəyişikliyin olması gözlənilmir, yenə də vətəndaşlar bunu diqqətdə saxlasınlar, məlum olan kimi elan edəcəyik”.