Azadsöz.az xəbər verir ki, Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin boks üzrə müəllimi Mahir Hüseynov koronovirusdan vəfat edib.
Bildirək ki, idman ustası uzun müddət Gəncə şəhər modul tiplə xəstəxanada müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Mahir Hüseynov SSRİ-nin və Azərbaycanın Əməkdar idman məşqçisi, İdman ustası titullarına layiq görülüb.
Onun yetirmələri Avropa və Dünya çempionatında mükafatlar qazanıblar.