Azadsöz.az xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinə yanvarın 2-də Mırtı kəndində B.Muradovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Hadisə yerindən müvafiq sənədləri olan “İJ” markalı ov tüfəngi götürülüb. B.Muradov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.