05 May 2024 06:50

Fərqliliyimiz Uğurumuzdur

Bu gün Göyçay rayon qəzetinin baş redaktoru Anar Nağıyevin doğum günüdür

Azadsöz.az  xəbər  verir ki, bu  gün Göyçay rayon qəzetinin baş redaktoru Anar Nağıyevin doğum günüdür. Anar Əlişah oğlu Nağıyev  23 noyabr 1978 ci ildə Göyçayda  anadan  olub.1994 cü ildə Azərbaycan Jurnalist Sənətkarlığı  İnstitutunu, 1996-cı  ilə  Odlar  Yurdu  Universitetinin “Hüquqşünaslıq”  ixtisasını  bitirib. 2000 ci ildə Hərbi polis qoşun xidmətində  hərbi  xidmət  keçib.2002 ci ilde Dövlət press qəzetinin şöbə müdiri,2004 cu ildə Abşeron Telekommunikasiya qovşağının, 2005 ci ildə Qanun-A MMC nin baş hüquqşünası  vəzifəsində  çalışıb.

2006 cı ildə Abşeron rayon sürücülük məktəbinin rəis müavini, 2008 ci ildə “Respublika xəbərləri”  qəzetinin baş redaktoru, 2010 cu ilde Xırdalan qəzetinin təsisçisi  və baş redaktoru, 2016 cı ildə Abşeron təhsili qəzeti və Abşeron informasiya agentliyi saytının və XırdalanTv yotube kanalının baş redaktoru  vəzifəsini  icra  edib.

2018 ci ildə Göyçay informasiya agentliyinin, Nartv saytının və yotube kanalının və Göyçay rayon mətbuat xidmətinin rəhbəri olub.2019 cu il Göyçay Gənclər Mərkəzinin direktoru, Parklara xidmət və nəzarət təşkilatının sədri və 2020 ci ildə 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinə  deputat  seçilən  Məzahir Əfəndiyevin səlahiyyətli nümayəndəsi vəzifəsində  çalışıb.

Göyçayda işlədiyi müddətdə 3 dəfə Mətbuat, Gənclər günü və  44 günlük  Vətən müharibəsi zamanı arxa cəbhədə xidməti üçün Göyçay  rayon  İcra Hakimiyyətinin başçısı  Mehdi  Səlimzadə tərəfindən təşəkkürnamə alıb.

A. Nağıyev  Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qızıl qələm, Araz media, H. B. Zərdabi mükafatları sahibidir. Ümummilli Lider Heydər Əliyevin 80 illik yubleyi münasibətilə “Rəhbər ömrü”, “Cinayətkarlığa qarşı mübarizə” kitablarının redaktoru və müəllifidir.