06 May 2024 19:42

Fərqliliyimiz Uğurumuzdur

Bu gün şəhid İntizam Qaçayevin anım günüdür-VİDEO

Azadsöz.az  xəbər  verir  ki, bu gün 44 günlük Vətən  Müharibəsində şəhid olan İntizam Qaçayevin  anım günüdür. İntizam Əkbər oğlu Qaçayev 2001-ci il dekabrın 14-də Göyçay rayonunun 2-ci Ərəbcəbirli kəndində anadan olub.Ərəbcəbirli kənd orta məktəbini bitirib.2020-ci il yanvarın 8-də Vətənə xidmət  etmək üçün  hərbi xidmətə  gedib.

İntizam Qaçayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib.Oktyabrın 23-də ə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə  şəhid olub. Göyçay rayonunda dəfn olunub.

Qeyd edək ki, Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntizam Qaçayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.