20 May 2024 15:05

Müskürlü kəndində “9 May-Faşizim üzərində Qələbə Günü” qeyd olundu-FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, bu gün  faşizm üzərində qələbənin 79-cu  il dönümü ilə bağlı tədbir Göyçay  rayonunun Müskürlü  kəndində Böyük Vətən müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidənin önündə qeyd olunub.

Tədbirdə Göyçay rayon İcra Hakimiyyəti başçısının Müskürlü inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mahizər Əliyeva, kənd üzrə  bələdiyyə  sədri  Sabir  Qəhrəmanov, pedaqoq, dil-ədəbiyyat  müəllimi Qorxmaz  Bəyaliyev,  Böyük Vətən Müharibəsi iştirakçıları, Qarabağ əlilləri və şəhid ailələri, ziyalılar, Müskürlü kənd tam orta  məktəbin  pedaqoji kollektivi, şagirdlər və kənd sakinləri  iştirak  ediblər.

Tədbir  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi  və torpaqlarımızın  ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə  başlayıb.

Mərasimi giriş  sözü  ilə  açan Qorxmaz  Bəyaliyev  əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik edərək, onlara ən xoş arzularını çatdırıb. Bildirib ki, 1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum etdiyini, müharibənin 1945-ci il mayın 9-da – Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.  Q. Bəyaliyev çıxışında  veteranlarımızın hər birinin bizim üçün çox əziz insan, əsil həyat məktəbi, canlı tarix olduğunu və İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının qəhrəmanlığının heç vaxt yaddaşlardan silinməyəcəyini qeyd edib.

Daha  sonra  tədbirdə Mahizər Əliyeva,  44 günlük Vətən müharibəsi zamanı  torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan  Təbriz Xancanovun babası  Nazir  Xancanov, atası Məhəmmədəli  Xancanov, Müskürlü kənd tam orta  məktəbin direktor  müavini  Məhbubə Kərimova, Fazil Xancanov, din xadimi  Yusif Aslanov, şəhid  Vilayət Rüstəmovun oğlu  Eldəniz  Rüstəmov  çıxış  edərək  bildiriblər  ki,  Azərbaycan xalqı  9 May – Qələbə Gününü xüsusi bir sevinclə qeyd edir. Çünki xalqımız erməni qəsbkarları tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsinin də sevincini yaşayır.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, rəşadətli ordumuzun hünəri nəticəsində haqq – ədalət qələbə çalmış, işğal altında olan torpaqlarımızın 30 illik həsrətinə son qoyulmuşdur.

Tədbirin sonunda  məktəblilər  vətənpərvərlik mövzusunda şeirlər  səsləndiriblər.

Səbuhi Eltonlu