09 May 2024 03:43

Fərqliliyimiz Uğurumuzdur

İnstaqramın işində yenidən problemlər yaranıb

Azadsöz.az  xəbər  verir ki, dünyanın bir sıra ölkələrində “Instagram” sosial şəbəkələrinin işində problemlər müşahidə olunur.

Bu barədə populyar İnternet resurslarının işini izləyən “Downdetector” xidmətinin saytında məlumat verilib.

Məlumata əsasən, “İnstaqram”ın işində texniki qüsurlar əsasən ABŞ, Kanada, Almaniya, Böyük Britaniya və digər ölkələrin sakinləri şikayət edib.

Problemlər həmçinin “Facebook” sosial şəbəkəsində də müşahidə edilməkdədir.

Xatırladaq ki, oktyabrın dördündə bütün dünyada “WhatsApp, “Instagram”, “Facebook” sosial şəbəkələrinin işində ciddi problemlər yaranmışdı. İstifadəçilərin çoxunda saytlar və mobil əlavələr açılmırdı. 

Daha sonra “Twitter”, “Google” və “Amazon” öz fəaliyyətini dayandırmışdı.