07 May 2024 10:30

Fərqliliyimiz Uğurumuzdur

Şəhid Ayaz Əhmədovun ildönümü qeyd olundu-FOTOLAR

Azadsöz.az xəbər verir ki, 07 oktyabr 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Ayaz Elson oğlu Əhmədovun ildönümü məzarı önündə qeyd olundu.

Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar  şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Həmçinin tədbirdə şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılıb. Tədbirin  sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə təşəkkürünü bildiriblər.

Xatırladaq ki, oktyabrın 7-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ayaz Əhmədov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.