07 May 2024 13:42

Fərqliliyimiz Uğurumuzdur

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyi müsabiqə elan edir

Azadsöz.az xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyi  həvəskar fotoqraf gəncləri üçün 10.10.2021-tarixə kimi “Könüllü fotoqraf” adlı fotomüsabiqə elan edir. Müsabiqədə yalnız  18-29 yaş arası Göyçay gəncləri  iştirak  edə bilərlər. Müsabiqədə  iştirak  etmək  istəyən gənclər Göyçayın  müxtəlif məkanlarından çəkdikləri fotoları  ad, soyad və əlaqə nömrələrini qeyd  etməklə  (goycay@gikm.az) email poçtuna göndərə  bilərlər.      

Qeyd  edək ki, müsabiqə üç gün davam edəcək. Göyçay Gəncləri İnkişaf Mərkəzinin email poçtuna gələn fotolar göstərilən qaydalara uyğun şəkildə seçilərək, sözügedən mərkəzin  İnstaqram  səhifəsində paylaşılacaq və səsverməyə qoyulacaq. Ən çox səs  toplayan fotonun sahibi qalib elan olunaraq, sertifikat və hədiyyə ilə  mükafatlandırılacaq.

Müsabiqənin şərtləri aşağıdakı  kimidir:

Müsabiqəyə yalnız öz mobil telefonunuz və ya fotoaparatla çəkdiyiniz fotolarla qatılmaq mümkündür.
Fotolar şəhərimizin müxtəlif məkanları və gündəlik həyat tərzini əks etdirməlidir.
İnternetdən götürülən fotolardan istifadə etmək qəti qadağandır.
Hər iştirakçı yalnız bir foto ilə qoşula bilər.
Müsabiqədə iştirak edən gənclər səhifəni izləməlidir.
Müsabiqəyə yalnız 18-29 yaş arası  GöyçayGəncləri  qatıla  bilər.