Azadsöz.az xəbər verir ki, 6 oktyabrda Göyçayda Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə Zəfərimiz” layihəsi çərçivəsində görüş təşkil olunub. 44 günlük Vətən Müharibəsində igidlik göstərib qazi olan Aqşin Babayevlə gənclərin görüşü keçirilib.
Əvvəla birinci və ikinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib..Daha sonra Vətən Müharibəsi zaman Azərbaycan Ordusunun igidlərinin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan bəhs edən videoçarxa baxılıb.
Qazimiz Aqşin Babayev gənclərin qarşısında çıxış edərək, özü haqqında məlumat verib.Vətən Müharibəsi zamanı olduğu döyüşlərdən, müharibənin təəssüratlarından, harada və necə yaralanmasından söhbət açıb.Azərbaycan Ordusunun peşəkarlığını diqqətə çatdıran qazimiz mənfur düşmənin döyüş meydanından qorxaraq nece qaçdığını vurğulayıb.
Aqşin Babayev yalnız özü haqqında danışmaqla kifayətlənməyib, onunla döyüşdə çiyin-çiyinə vuruşan və bu gün həyatda olmayan, ali şəhidlik zirvəsinə ucalan döyüşcü dostlarından böyük ehtiramla danışıb.Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin qorunmasında vətənpərvərlik tərbiyəsinin yeri və rolunun əvəzsiz olduğunu bildirən qazimiz tarix yazan igidlərimizi gəncliyimizin böyük töhfəsi adlandırıb.