23 Noyabr 2024 14:48

Bu gün görkəmli aktyor Hacıbaba Bağırovun anım günüdür-FOTOLAR

Azadsöz.az xəbər verir ki, bu gün Azərbaycan teatr və kino sənətinin görkəmli aktyoru Hacıbaba Bağırovun anım  günüdür.Hacıbaba Ağarza oğlu Bağırov 1932-ci il iyun ayının 12-də Bakı şəhərində, fəhlə ailəsində anadan olub.Gənc yaşlarından teatra olan həvəs onu 1947-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrının nəzdindəki aktyorluq studiyasına gətirmişdir.

 

Alma almaya bənzər" filminin çəkilişləri zamanı... Hüseynağa Sadıqov, Fazil Salayev, Hacıbaba Bağırov, Filipov | Historical figures, Historical, Art

Müstəqil yaradıcılıq fəaliyyətinə 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında başlayan Hacıbaba Bağırov 1960-cı ildə Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunmuş, 1962-ci ildən isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışmışdır Uzun illər çalışdığı bu teatrda yaratdığı 50-dən çox müxtəlif xarakterli komik obrazlar onun gülüş ustası kimi şöhrətlənməsində böyük rolu olub. U Hacıbəyovun “Arşın mal alan”ında Soltan bəy, “O olmasın bu olsun”da Məşədi İbad, S. Ələsgərovun “Həmişəxanım”ında Cəbi Cüməzadə, E.Sabitoğlunun “Hicran”ında Mitoş və digər obrazları ilə tamaşaçıların dərin rəğbətini qazanmaqla, milli mədəniyyətimizin inkişafı yolunda xidmət göstərib.Hacıbaba Bağırov 1989–1996-cı illərdə özünün təşkil etdiyi Bakı Tənqid-Təbliğ Teatrının bədii rəhbəri işləmiş, 1996-cı ildən taleyini yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlayaraq, burada bədii rəhbər və direktor vəzifəsini tutmuşdur.

 

Hacıbaba Bağırovun ilk övladı: “Bakıya qayıtmağa

Hacıbaba Bağırov yaradıcılığının Azərbaycan gülüş mədəniyyəti tarixində xüsusi yeri vardır. Sənətkarın repertuarını təşkil edən obrazlar komik çalarları sayəsində qısa müddət ərzində tanınıb sevilməyə başlamışdır. Onun milli mentalitetə uyğun olaraq yaratdığı və özünəməxsus yumorla oynadığı rollar musiqili komediya teatrımızın tarixinə həmişəlik daxil olmuşdur.

5 arvadı olan Xalq artisti ilə bağlı ŞOK GİZLİNLƏR: “Ölümündən 5 dəqiqə əvvəl...” <span class="red">VİDEO</span>

 

Hacıbaba Bağırov sənətinin ən xarakterik xüsusiyyətlərindən biri tamaşaçıda hüsn-rəğbət oyadan incə komik məqamları canlandırdığı obrazlar vasitəsilə açmaq məharəti idi. Hər bir çıxışını teatrsevərlər üçün əsil bayrama çevirməyi bacaran aktyor insanları gülərək öz çatışmazlıqlarından ayrılmağa çağırırdı. Dərin milli koloriti ilə səciyyələnən Hacıbaba Bağırov sənəti onu xalqımızın ən sevimli aktyorlarından biri etmişdir. Cəmiyyətin mənəvi saflaşması yolunda çalışan sənətkar çoxşaxəli yaradıcılığı ilə ölkəmizdə komediya janrı ənənələrini layiqincə davam etdirmişdir. Teatr rəhbəri və teleşou təşkilatçısı kimi gördüyü işlər isə onun nadir istedadının yeni mühüm çalarlarını meydana çıxarmışdır.

Küsülü tamaşa oynadılar, ssenarini dəyişdilər, gülməkdən dayana bilmədilər” - “Hicran” tamaşası haqda maraqlı faktlar...

 

Səhnədə göstərdiyi fəaliyyəti ilə yanaşı, Hacıbaba Bağırov Azərbaycan kinematoqrafiyasının inkişafına da öz sanballı töhfəsini vermişdir. Onun kinofilmlərdə oynadığı müxtəlif xarakterli rollar Azərbaycan tamaşaçısının yaddaşına həkk olunmuş və kino sənətimizin diqqətəlayiq uğurları kimi qiymətləndirilmişdir. “Ulduz”da Möhsün, “Mehman”da Arif, “Alma almaya bənzər”də Məmmədəli, “Şirbalanın məhəbbəti”ində Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb.Hacıbaba Bağırovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yeni aktyor nəslinin yetişdirilməsi sahəsindəki pedaqoji fəaliyyəti də təqdirəlayiqdir.Azərbaycan mədəniyyətinin zənginləşməsi üçün qüvvə və bacarığını əsirgəməyən sənətkar bütün ömrünü milli teatr fədaisi kimi yaşamışdır. Hamını güldürərək düşündürən Hacıbaba Bağırov müasir tariximizin ən ağır anlarında belə həqiqi vətəndaş mövqeyi nümayiş etdirmişdir.

Şirbalanın məhəbbəti | DayTube.Az

 

Hacıbaba Bağırovun mədəniyyətimizin inkişafı naminə göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, müxtəlif fəxri ad və mükafatlara layiq görülmüşdür.1974-cü ildə Azərbaycan SSR Əməkdar Artisti, 1982-ci ildə “Azərbaycan SSR Xalq Artisti” fəxri adlarına layiq görülüb. H. A. Bağırov Azərbaycan Respublikası Prezidentinin 11 iyun 1998-ci il tarixli, 717 nömrəli Fərmanına əsasən «Şöhrət» ordeni ilə təltif edilib.

Hacıbaba Bağırovun xanımı ilə müsahibə+ fotolar

Hacıbaba Bağırov 6 oktyabr 2006-cı il tarixində 75-ci ilində vəfat etmişdir.II-ci fəxri xiyabanda dəfn olunub.

 Hacıbaba Bağırov vəfatının 10 illiyi ilə bağlı anıldı

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul