17 May 2024 14:34

Bu gün şəhid Elşən Nuriyevin ildönümüdür

Azadsöz.az xəbər verir ki, bu gün  44  günlük  Vətən Müharibəsində  şəhid olan  Elşən Nuriyevin anım günüdür. Elşən Əlisa oğlu Nuriyev  1996-cı il  iyunun 13-də  Göyçayda  anadan  olub. Azərbaycan  Ordusunun əsgəri olan Elşən Nuriyev 2020-ci il sentyabrın 27-də  Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan  Vətən  Müharibəsində döyüşüb.Oktyabrın 4-də şəhid olub. Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki, Elşən Nuriyev Prezident İlham  Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən, ölümündən sonra  “Vətən uğrunda” medalı ilə təltif edilib.