Azadsöz.az xəbər verir ki, “Mənim büdcəm” layihəsi çərçivəsində gənc sahibkarların maliyyə savadlılığının artırılması məqsədi ilə “Yığım” masaüstü oyunu maarifləndirici simulyasiya təlimi keçirilib. Keçirilən təlim çərçivəsində gənclərə gəlir və xərclərin düzgün planlaşdırılması, ailə büdcəsi, maliyyə institutları, yığım, kredit və bir çox mövzularda informasiyalar ötürülüb.
Xatırladaq ki, təlim “Yığım” Oyunları sahəsində beynəlxalq sertifikatlı təlimçi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin direktoru Coşqun İsmayılov tərəfindən keçirilib.
Qeyd edək ki, təlim Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin və Göyçay-Ağdaş KOB İnkişaf Mərkəzinin birgə təşkilatçılığı, Almaniya Əmanətlər Bankının dəstəyi ilə baş tutub.