09 May 2024 04:46

Fərqliliyimiz Uğurumuzdur

Prezident Samir Şərifovla bağlı sərəncam imzaladı

Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev Samir Rauf oğlu Şərifovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, S. Şərifov Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, Samir Şərifov Azərbaycan Respublikasının maliyyə naziridir.