18 Oktyabr 2024 08:08

Bu gün Azərbaycan millisi Portuqaliya ilə qarşılaşacaq

Azadsöz.az xəbər verir ki, bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində II dövrə start götürəcək.Azərbaycan yığması VI turda Portuqaliya ilə qarşılaşacaq.

Bakı Olimpiya Stadionunda keçiriləcək görüşdə, millimiz A qrupunun favoritini qəbul edəcək. 

Bildirilib ki, əsas ulduzu Kriştiano Ronaldo cəzalı olduğundan qonaqlar Bakıya itki ilə gəlib. Millimiz də Maksim Medvedev, Rüstəm Əhmədzadə və Anton Krivotsyukun xidmətindən məhrum olub.

Qeyd edək ki, millimiz seçmə mərhələyə Portuqaliya ilə səfər matçı ilə start verib və 0:1 hesabı ilə uduzub.

grandpashabet alefbahis istanbul travesti