17 May 2024 13:06

Qazaxıstanda matəm elan olundu

Azadsöz.az xəbər verir ki, Qazaxıstanın Jambıl vilayətində hərbi hissədə baş vermiş faciə ilə əlaqədar bu gün öılkədə ümummilli matəm günü elan edilib.

Bu barədə “Kazinform” məlumat yayıb.

Xatırladaq ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq qərar imzalayıb.

Qeyd edək ki, ölkənin Jambıl vilayətində hərbi hissədə silah-sursat anbarında baş vermiş partlayış nəticəsində 13 nəfər həyatını itirib.