Azadsöz.az xəbər verir ki, bu gün İkinci Vətən müharibəsində şəhid olan Göyçayın Çərəkə kənd sakini Salmanov Paşa Həkim oğlunun ad günü Çərəkə kənd Şəhidlər xiyabanında məzarı önündə qeyd olunub.Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, YAP-rayon təşkilatının rəhbərliyi, KİV -in əməkdaşları, rayon üzrə şəhid ailələrinin üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak ediblər.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.Daha sonra şəhidimizin təhsil aldığı kənd tam orta məktəbdə davam edən tədbirdə çıxış edənlər Paşa Salmanovun keçdiyi döyüş yolundan, qəhrəmanlıq əzimkarlığından söhbət açıblar.
Məktəbin müəllimləri, kənd sakinləri şəhidimizlə bağlı xatirələrini bölüşüblər.Məktəbin şagirdləri şəhidlərə həsr olunmuş ədəbi bədii kompazisiya ilə çıxış ediblər.
Tədbirin sonunda şəhidimizin ailə üzvləri ailələrinə göstərilən diqqət və qayğıya görə İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə təşəkkürünü bildiriblər.
Xatırladaq ki, Salmanov Paşa Həkim oğlu Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.