Azadsöz.az xəbər verir ki, Dövlət Turizm Agentliyi (DTA) Qarabağa turist səfərlərinin təşkil edilməsinə başlayır.
Bu barədə Agentliyin sədri Fuad Nağıyev məlumat verib.
Onun sözlərinə görə, ilk səfər bu ayın sonunda Ağdama təşkil olunacaq: “Bu səfər “Yolumuz Ağdamadır” adı ilə baş tutacaq. Biz Ağdamda doğulmuş və təxminən 30 ildir ki, ora gedə bilməyən sakinlərin ziyarətini təşkil edəcəyik”.