Azadsöz.az xəbər verir ki, Azərbaycan mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin bu günlərdə toyu olacaq.
Qeyd edək ki, iyulun 22-də Naxçıvanın Kələki kəndində onun həyat yoldaşı Aytək Yusifli ilə qız toyu məclisi qurulacaq. Aytək Yusifli Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızıdır. İyulun 30-da Bakıda cütlüyün oğlan toyu olacaq.
Xatırladaq ki, Ərturqut Əliyev Bakı Kooperasiya Universitetinin məzunudur. Onun Gülənay adlı bir bacısı var. Anaları Həlimə xanım 2019-cu ildə vəfat edib.