Azadsöz.az xəbər verir ki, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş bölgələrimizdə yenidənqurma və bərpa işləri sürətli şəkildə davam etməkdədir.
Bu çərçivədə Kəlbəcərə də elektrik enerjisinin verilməsi üçün işlər aparılır. Ötən gün Kəlbəcərdə işıqlandırma prosesindən sonra elektrikçilər bunu rəqs edərək qeyd ediblər.
Qeyd edək ki, 2020-ci ilin dekabrın 1-də Kəlbəcərdən erməni qoşunları çıxıb və ora Azərbaycan ordusu yerləşib.