27 Noyabr 2024 22:33

“Reket jurnalist” özünü polis kimi təqdim etdi

Azadsöz.az xəbər verir  ki, “Qaynarxətt.az” Media İnformasiya Agentliyinin direktor müavini vəzifəsində işləyən Amid Aslanlının qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna vətəndaş müraciətləri daxil olub.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Aparılmış araşdırmalar zamanı müəyyən edilib ki, Amid Aslanlı özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək, iyunun 15-də “Dalğa” hotelinin əməkdaşından 1000 manat məbləğində pul tələb edib. Ondan 130 manat məbləğində pul alıb, iyunun 17-də isə Sağlamlıq Mərkəzinin direktorundan hər ay üçün 2 min manat pul tələb edib, həmin pulu vermədikləri halda isə onlar haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib.

Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Amid Aslanlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda faktla bağlı istintaq davam edir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul