07 May 2024 04:11

Fərqliliyimiz Uğurumuzdur

Qurban bayramı münasibətilə şəhid ailələri ziyarət olunub – FOTOLAR

Azadsöz.az xəbər verir  ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəhbərliyi Qurban bayramı ərəfəsində ictimaiyyətin nümayəndələrinin iştirakı ilə şəhid ailələrinə baş çəkib, bayram münasibətilə onları təbrik edib.

Görüşlərdə Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın xatirələri ehtiramla anılıb. Qeyd edilib ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi uğrunda canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə fəxr edir və qürur duyuruq.

Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən qazanılan Böyük Zəfər otuz ildən çox davam edən ədalətsizliyə son qoyub. Xalqımızın qəhrəman əsgər və zabitlərinin fədakarlığı, şəhidlərin canı-qanı bahasına Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Şəhidlərimizin intiqamı döyüş meydanında alınıb.

Ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinin, müharibə veteranlarının və əlillərinin dövlət qayğısı ilə əhatə olunduğu, onların sosial müdafiəsinin gücləndirilməsinin daim diqqətdə saxlanıldığı ifadə edilib.

SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən respublikanın şəhər və rayonlarını əhatə etməklə bir qrup şəhid ailələrinin ziyarəti həyata keçirilib və bayram sovqatları çatdırılıb.