Azadsöz.az xəbr verir ki, Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayonunun Novxanı qəsəbəsində yol polisinin sürücüdən rüşvət alması iddiası ilə bağlı yayılan videogörüntülər haqda açıqlama verib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, yayılan videogörüntülərlə bağlı araşdırma yekunlaşıb:
“Həmin polis əməkdaşının rüşvət alması faktı təsdiqlənməyib. O, xidmət zamanı sürücü ilə lüzumsuz danışıqlara, yersiz hərəkətlərə yol verdiyinə görə intizam qaydasında cəzalandırılıb”.