27 Noyabr 2024 20:48

Ağstafa da vəzifəli şəxsə cinayət işi açıldı

Azadsöz.az  xəbr  verir  ki, Ağstafa rayonunda 9 il əvvəlki tarixlə torpaq sahəsi satan bələdiyyə sədri ilə bağlı cinayət işi başlanılıb.Belə  ki,  rayonun Tatlı bələdiyyəsinin sədri Qənbər İsmayılov 2017-ci ildə ayrı-ayrı şəxslərə ümumilikdə 5 min manat məbləğində pul müqabilində hər biri 0,12 ha olmaqla torpaq sahəsi satıb. Lakin onları 2006-cı il tarixinə sənədləşdirərək rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı edib.

Qənbər İsmayılov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul