Azadsöz.az xəbər verir ki, “Fənərbaxça” ingiltərəli oyunçu Stiven Kokeri rəsmən heyətinə qatıb.
Bu barədə klubun saytı məlumat yayıb. Son komandası “Alanyaspor” olan 29 yaşlı müdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Koker karyerası ərzində “Liverpul”, “Tottenhem”, “Kardiff Siti” kimi klublarda çıxış edib. O, İngiltərə yığmasında 1 oyun keçirib. Koker 2019-2021-ci illərdə “Alanyaspor”da oynayıb.