07 May 2024 08:06

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda ev yandı-YENİLƏNİB (FOTOLAR)

Azadsöz.az  xəbər  verir  ki, Göyçay rayonunda ümumi sahəsi 300 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 270 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

****
12:00

Azadsöz.az  xəbər  verir  ki,  Göyçayın Qantəmir küçəsində yaşayan 1969-cu il təvəllüdlü Etibar Qasımova məxsus evdə yanğın  hadisəsi  baş  verib.Ümumi sahəsi 300 kvadratmetr olan fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Göyçayda ev yanıb - <span class=

Göyçayda ev yanıb - <span class=

Göyçayda ev yanıb - <span class=