17 May 2024 14:15

29 ildən sonra Şuşada bayramı namazı qılınır – CANLI

Azadsöz.az  xəbər  verir  ki, 29 ildən sonra işğaldan azad olunmuş Şuşa şəhərində Yuxarı Gövhərağa məscidində Ramazan bayramı namazı qılınır.Qılınan bayram namazı saat 09:00-da başlayıb.

Bayram namazından əvvəl Quran tilavət olunub. Bayram namazı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin imamətliyi ilə qılınır.

Qeyd  edək  ki, bayram namazı televiziyalar vasitəsilə canlı yayımlanır.