Azadsöz.az Real TV-yə istinadən xəbər verir ki, DTX tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun rayonda təsərrüfat yaratdığı məlum olub.Sabiq başçı rayonda maral sevgisi ilə tanınıb.
Hazırda Kür qəsəbəsində yerləşən təsərrüfatda 30-dan çox maral saxlanılır. Əvvəllər maralların sayının daha çox olduğu bildirilir.
Alimpaşa Məmmədov maral təsərrüfatını da əvvəllər camış ferması olan obyekti mənimsəməklə həyata keçirib.