Azadsöz.az xəbər verir ki, İsraildə Meron dağında baş verən faciə ilə əlaqədar mayın 2-si matəm günü elan edilib. “Bazar günü İsrail dövlətinin başına gəlmiş ən ağır fəlakətlərdən biri olan Meron dağındakı faciə ilə əlaqədar milli matəm günü elan olunur”, – deyə İsrailin Baş naziri B.Netanyahu bildirib.
Qeyd edək ki, İsraildə dini bayram Laq ba-Omerin keçirilməsi zamanı tribunanın uçması və izdiham nəticəsində azı 44 nəfər ölüb.