Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə Göyçay rayonunda vətəndaşların vaksinasiyası davam etdirilir.
Vətəndaşların peyvənd olunması prosesi mərhələli şəkildə aparılır.Diqqətə çatdıraq ki, artıq rayoda 10935 nəfər COVID-19 infeksiyasına qarşı vaksinasiya olunub. Peyvənd olunanların 1251 nəfərinin yaşı 65-də yuxarı, 4251 nəfəri 50-65 yaşarası, 1387 nəfəri 40-49 yaşarası, 879 nəfəri isə 40 yaşdan aşağı olan sakinlərdir.
Qeyd edək ki, vaksinasiya olunanların 3167 nəfərinə 2-ci doza vurulub.