Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Rövşən Elmidar oğlu Bağırov Lerik rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, Rövşən Bağırov 2007- ci ildən Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib.
Xatırladaq ki, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev ötən ilin noyabrında koronavirusdan vəfat etmişdi.