09 May 2024 19:57

Fərqliliyimiz Uğurumuzdur

Xırdalanda avtobus sürücüsü döyüldü-FOTO/VİDEO

Azadsöz.az  xəbər  verir  ki, Abşeronda  Xırdalan şəhəri ərazisində sərnişin avtobusunda insident baş verib.Hadisə 119 saylı marşrut xətti üzrə avtobusda qeydə alınıb.

Belə ki, sürücü 10 TG 080 dövlət qeydiyyat nişanlı avtobusa arxa qapıdan daxil olan sərnişinə marşrut xəttinin kart sistemi ilə fəaliyyət göstərdiyini və ön qapıdan daxil olaraq ödəniş etməsini bildirib.

Bunu qəbul etməyən sərnişin sürücüyə hücum edib, ona yumruqla zərbə endirərək bədən xəsarətləri yetirib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə məlumat verilib.

Araşdırma aparılır. 

Xırdalanda sərnişin avtobus sürücüsünü döydü – ANBAAN VİDEO