19 May 2024 18:46

Samir Məmmədov həbs edildi

Azadsöz.az  xəbər  verir  ki, “EuroHome” tikinti materialları bazarının direktoru Samir Məmmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozduğuna görə Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs edilib.

Xatırladaq ki, sonuncu dəfə 12 may 2020-ci il tarixində Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın hadisəsi baş  vermişdi.

Qeyd edək ki, “EuroHome”un sahibi  Azay Möhnətovdur.