Azadsöz.az xəbər verir ki,Ukrayna prezidenti Volodimir Zelenski səfərbərlik elan etmədən ehtiyatda olanların hərbi xidmətə çağırılması haqqında qanunu imzalayıb.
Bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat yayılıb.
Bu qanun layihəsini Ukrayna ali radası 2021-ci il martın 30-da qəbul edib.
Qanun layihəsinin təşəbbüsçüsü prezidentdir. Prezident adminstrasiyasından qanunu belə şərh ediblər:
“Bu sənəd Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrin xüsusi dövrlərdə səfərbərlik elan etmədən ehtiyatda olan (döyüş təcrübəsi olan hərbi təlim keçmiş) şəxslərlə komplektləşdirilməsi üzrə tələbləri təkmilləşdirir”.
Qanuna əsasən, xüsusi hallarda çağrışdan yayınanlar cinayət məsuliyyətinə cəlb ediləcək.