17 May 2024 08:42

TƏBİB-ə yeni səlahiyyət verildi

Azadsöz.az  xəbər  verir  ki,  Tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi və ya dəyişdirilməsi sahəsində səlahiyyətli orqan dəyişir.Bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə müvafiq dəyişiklik təklif edilir.

Qüvvədə olan qanuna görə, şəxsin səhhətinin yaxşılaşması və ya tam sağalması nəticəsində gələcəkdə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi zərurəti aradan qalxdıqda, məhkəmə həkim komissiyasının rəyinə əsaslanmış səhiyyə orqanının təqdimatı üzrə tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi və ya dəyişdirilməsi haqqında məsələyə baxır.


Qeyd  edək  ki, layihəyə əsasən, bu sahədə təqdimatı müvafiq icra hakimiyyəti orqanının yaratdığı orqan (qurum) – TƏBİB verəcək.