Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsinin işçi kollektivi tərəfindən rayonda abadlaşdırma və yaşıllaşdırma tədbirləri həyata keçirilir.
Azadsöz.az xəbər verir ki, mövsümə uyğun olaraq 10 mart tarixində Yaşıllaşdırma Sahəsinin işçi heyəti tərəfindən rayonun Heydər Əliyev prospektində əkilən dekorativ güllərə aqrotexniki qulluq göstərilib.
Belə ki, su maşını vasitəsilə sözügedən prospektdə əkilən və əkilmiş dekorativ güllər suvarılıb.
Qeyd edək ki, qrafikə əsasən gündəlik olaraq əkilən ağaclar və müxtəlif növ gül kolları suvarılır.
Səbuhi Eltonlu