12 Mart 2025 11:40

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Göyçayda gül əkmə aksiyasi keçirilib-FOTO

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına müvafiq olaraq Göyçayda 11 mart  2025-ci il tarixdə  gül əkmə aksiyası keçirilib. 

Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yaşıllaşdırma  Sahəsinin işçi  heyəti tərəfindən  rayon İcra Hakimiyyəti binasının  qarşısına, N.Nərimanov və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində yerləşən Sabir bağına 390 ədəd kalendra və 3 ədəd tuya dekorativ gül əkilib, aqrotexniki qaydada qulluq göstərilib.

Qeyd edək ki, ağacların və dekorativ güllərin əkilməsində  məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Səbuhi  Eltonlu