11 Mart 2025 23:27

Mingəçevirdə yeniyetmə BIÇAQLANDI

Azadsöz.az xəbər verir ki, hadisə Energetiklər yaşayış massivi ərazisində baş verib. Mübahisə və münaqişə  zəminində 2009 -cu il təvəllüdlü şəhər sakini Pünar Asif oğlu Nəsrullayev bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralı yeniyetmənin durumu çevik tibbi müdaxilə nəticəsində stabilləşib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  bildirilib ki, yeniyetməyə xəsarət yetirən şəxsin kimliyi müəyyən olunub, saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.