11 Mart 2025 23:40

Sumqayıtda 17 yaşlı gənc hündürlükdən yıxılaraq ÖLDÜ

Azadsöz.az xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda, yeni tikililərin birində qeydə alınıb.

2008-ci il təvəllüdlü Qadir Məmmədov ehtiyatsızlıq nəticəsində hündürlükdən yerə yıxılıb.
O hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır./apa