11 Mart 2025 23:50

DİN vətəndaşlara müraciət edib: Təhlükəli sahələrə daxil olmayın

Azadsöz.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

Müraciətdə vətəndaşlara maksimum ehtiyatlı davranmaq, mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmamaq tövsiyə edilir.

“Təhlükəli sahələrə daxil olmayın, atılıb qalmış sursatlara toxunmayın, həyatınızı minaya qurban verməyin.

Heç vaxt mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmayın, əlinizə götürməyin. Onlara müdaxilə etməyə çalışmayın”, – DİN-in müraciətində qeyd olunur.